İsrafilov Çempionlar Liqası matçında 90 dəqiqə oynadı

 İsrafilov Çempionlar Liqası matçında 90 dəqiqə oynadı

Azərbaycan yığmasının sabiq futbolçusu Eddi Paskual Silvestr İsrafilov Malayziyanın “Cohor Darul Tazim” klubunda növbəti oyununu keçirib.

Mediasport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçinin komandası Asiya Çempionlar Liqasının əsas mərhələsinin 6-cı turu çərçivəsində Tailandın "Buriram Yunayted" klubunu qəbul edib.

İsrafilovun 90 dəqiqə meydanda olduğu görüşdə qol vurulmayıb.

Eddinin komandası 6 turdan sonra turnir cədvəlində 8 xalla 6-cı pillədə qərarlaşıb və liderlərdən 7 xal geri qalır.

Millimizin keçmiş üzvü 9-qat Malayziya çempionunun heyətində bu ilin avqustundan çıxış edir. O, Asiya klubunda 9 matç keçirib.