"Qarabağ", "Neftçi", "Kəpəz", "Zirə" və "Sumqayıt" 1/4 finalda

"Qarabağ", "Neftçi", "Kəpəz", "Zirə" və "Sumqayıt" 1/4 finalda

Futbol üzrə Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vurulub.

Mediasport.az xəbər verir ki, ikinci oyun günündə 5 qarşılaşma keçirilib.

Ölkə çempionu "Qarabağ" Qəbələ səfərində, "Neftçi" və "Zirə" evdə meydana çıxıb.

1/4 finala vəsiqə qazanan 3 kollektiv dünən müəyyənləşib.

"Sabah", "Səbail" və "Araz-Naxçıvan" adlarını növbəti raunda yazdırıblar.


Azərbaycan Kuboku. 1/8 final


“Qəbələ” - “Qarabağ” 0:2

Qollar: Abdullah Zubir, 7, Murad Musayev, 90+1-avtoqol.

Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Kərim Zeynalov, Rəvan Həmzəzadə.

Hakim-inspektor: Munis Abdullayev.

Qəbələ şəhər stadionu

“Qəbələ”: 1. Səlahət Ağayev, 32. Elvin Yunuszadə, 28. Murad Musayev (k), 8. Urfan İsmayılov, 44. Salman Ələsgərov, 97. Elşad Tağıyev, 19. Abdullahi Şuaybu, 74. Süleyman Damadayev, 14. Domi Massumo, 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov.

Ehtiyat oyunçular: 12. Müşfiq Nadirov, 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 9. Ruslan Voronsov, 4. Vüqar Həsənov, 7. Loren Mendi, 22. Fərid İsgəndərov, 20. Oçe Oçoveçi, 5. Samir Həsənov, 6. Emil Süleymanov.

Baş məşqçi: Kaxaber Çxadadze.

“Qarabağ”: 1. Şahrudin Məhəmmədəliyev, 20. Riçard Almeyda (k), 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 29. Marko Veşoviç, 10. Abdullah Zubir, 66. Patrik Andrade, 7. Yassin Benzia, 8. Marko Yankoviç, 18. Olavio Juninyo, 21. Aleksey Kaşuk.

Ehtiyat oyunçular: 97. Fabian Buntiç, 99. Mateus Koxalski, 12. Sadiq Məmmədzadə, 55. Bədavi Hüseynov, 30. Abbas Hüseynov, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 90. Nəriman Axundzadə, 2. Mateus Silva, 19. Redon Cica, 15. Leandro Andrade, 11. Emanuel Addai.

Baş məşqçi: Qurban Qurbanov.


“Kəpəz” - “İmişli” 1:0

Hakimlər: Nicat İsmayıllı, Cəmil Quliyev, Zöhrab Abbasov, Ruslan Quliyev.

VAR: İnqilab Məmmədov.

AVAR: Namik Hüseynov.

Hakim-inspektor: Əmrah İbrahimov.

Tovuz şəhər stadionu


“Neftçi” - “Difai” 6:0

Hakimlər: Elvin Bayramov, Pərvin Talıbov, Gülnurə Əkbərzadə, Namiq Bəkirov.

Hakim-inspektor: Ramil Diniyev.

"Neftçi Arena"


“Zirə” - “Şamaxı” 3:1

Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov.

VAR: Fərid Hacıyev.

AVAR: Vüsal Məmmədov.

Hakim-inspektor: İmanxan Sultani.

Zirə İdman Kompleksinin stadionu


"Sumqayıt” - MOİK 1:1 (ə.v. - 2:0)

Hakimlər: Rauf Allahverdiyev, Asiman Əzizli, Teymur Teymurov, Kamran Əliyev.

Hakim-inspektor: Gülağa Cabarov.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu


1/4 final

“Araz-Naxçıvan” - "Zirə”

“Səbail” - “Qarabağ”

“Kəpəz” - Neftçi”

“Sabah” - “Sumqayıt”