"Sabah"ın prezidenti Rusiya mətbuatına danışdı: "Vaxt yoxdur"
“Vasili Berezutskininin ilk oyununun nəticəsi bizi qane etdi. İndi qrafik sıxdır, qlobal dəyişikliklərə vaxt yoxdur. Amma addım-addım irəliləyəcək və oyundan-oyuna artıracağıq”.
Mediasport.az xəbər verir ki, bunu “Sabah”ın prezidenti Maqsud Adığözəlov deyib.
Rusiyanın “matchtv.ru" saytına açıqlama verən klub rəhbəri yeni baş məşqçi Vasili Berezutskinin ilk iki oyunu haqda düşüncələrini bölüşüb:
“Kubok matçı ağır oyun oldu. “Turan Tovuz” yaxşı təşkilatlanmış komandadır. Üstəlik, uzaq səfər, süni meydan və azarkeşlərin aktiv dəstəyi çətinliyi artırırdı. Əsas odur ki, mərhələ adladıq, işimizə davam edəcəyik”.
Xatırladaq ki, "Sabah" Berezutskinin rəhbərliyi altında Premyer Liqada “Səbail”ə qalib gəlib (1:0). Komanda Azərbaycan Kubokunun 1/8 finalında "Turan Tovuz"la dueli isə penaltilər seriyasında qazanıb.