Naxçıvanda seleksiya məşqləri
Naxçıvan Futbol Federasiyasının təşkilatçılığı ilə 15 və 16 yaşadək futbolçular üçün seleksiya günü təşkil olunub.
Mediasport.az xəbər verir ki, məşqlərdə Muxtar respublikanın müxtəlif rayon və şəhərlərindən ümumilikdə 60-a yaxın yeniyetmə iştirk edib.
Onlar əvvəlcə məşqçilər tərəfindən verilən tapşırıqları icra edib, daha sonra ikitərəfli oyunlarda nəyə qadir olduqlarını göstərməyə çalışıblar.
Muxtar respublikada, eləcə də “Araz-Naxçıvan” PFK-nın akademiyasında çalışan məşqçilər potensiallı və perspektivli futbolçuları müəyyən ediblər.
Seçilən yeniyetmələrdən ibarət komanda formalaşdırılacaq və onlar mütəmadi olaraq məşqlərə və oyunlara cəlb ediləcəklər.
İnkişaf edən və fərqlənən futbolçular gələcəkdə “Araz-Naxçıvan”ın akademiyasına qəbul olunacaqlar.
Seleksiya xarakterli məşqlər hər həftə təşkil olunacaq ki, növbətisi qapıçıları əhatə edəcək.