"Qarabağ"ın rəqibi baş məşqçini İspaniyadan gətirdi
“Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi “Olimpiakos”un yeni baş məşqçisi müəyyənləşib. MediaSport.az xəbər verir ki, 2013-2015-ci illərdə Yunanıstan klubunu çalışdırmış Xose Miçel yenidən Pirey təmsilçisinin baş məşqçisi olacaq.
59 yaşlı mütəxəssis məlumatı təsdiqləyib: “Nə vaxtsa “Olimpiakos”a yenidən qayıtmaq istəyirdim. Şadam ki, bu arzum bu gün həyata keçdi. Bu mənim üçün böyük sevincdir. Hər şeyin yaxşı olacağına ümid edirəm”.
Yunanıstan mətbuatı yazır ki, Miçellə "1+1" illik müqavilə bağlanacaq. Tam adı Xose Miçel Qonsales Martin del Kampo olan mütəxəssis sonuncu dəfə ötən il "Xetafe"də işləyib.