Türkiyədə Şeydayev-İsgəndərli duelində "sülh" qeydə alınıb
Futbol üzrə Türkiyə 1-ci Liqasında 22-ci turun oyunları davam edir.
Mediasport.az xəbər verir ki, azərbaycanlı futbolçular Bəxtiyar Həsənalızadə, Vüsal İsgəndərli, Ramil Şeydayev və Sertan Taşqının komandaları ("Tuzlaspor", "Boluspor", "Kocaelispor", "Manisa") növbəti matçlarına çıxıblar.
"Tuzlaspor" səfərdə "Adanaspor"a uduzub (1:2), "Manisa" "Giresunspor"u üstələyib (2:0), Ramillə-Vüsalın dueli - "Boluspor" - "Kocaelispor" görüşü (1:1) heç-heçə ilə bitib.
"Kocaelispor" 43 xalla 3-cü, "Boluspor" 33 xalla 8-ci, "Manisa" 26 xalla 12-ci, "Tuzlaspor" 22 xalla 15-ci pillədə qərarlaşıb.
Türkiyə 1-ci Liqası. 22-ci tur
"Adanaspor" - "Tuzlaspor" 2:1
"Bandırmaspor" - "Göztəpə" 0:2
"Boluspor" - "Kocaelispor" 1:1
"Manisa BBSK" - "Giresunspor" 2:0