Mahir Emreli 75 dəqiqə oynadı, "Nürnberq" "Hannover"ə də uduzdu

Mahir Emreli 75 dəqiqə oynadı, "Nürnberq" "Hannover"ə də uduzdu

Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" Bundesliqa 2-nin 7-ci turunda "Hannover"ə uduzub (0:2).

Mediasport.az xəbər verir ki, Azərbaycan millisinin üzvü oyuna start heyətdə başlayıb və 75-ci dəqiqədə əvəzlənib.

"Nürnberq" hazırda çempionatın turnir cədvəlində 7 oyundan sonra 7 xalla 14-cü pillədə qərarlaşıb.