Dadaşovlu "Hatayspor" darmadağın edilib, Şahruddin 1 xala sevinib
Türkiyə Superliqasında 32-ci turun oyunları davam edir.
Mediasport.az xəbər verir ki, dünən daha 4 qarşılaşma baş tutub.
Azərbaycan millisinin üzvü Renat Dadaşovun komandası evdə "İstanbulspor"a uduzub (0:3). Forvard 69-cu dəqiqədə oyuna daxil olub.
Yığmanın digər üzvü Şahruddin Məhəmmədəliyevin formasını geyindiyi "Adana Dəmirspor" evdə "Qaziantepspor"la heç-heçə edib (0:0).
Qapıçı matça start heyətdə başlayıb və sona qədər mübarizə aparıb.
Yarışın turnir cədvəlində Adana təmsilçisi 40 xalla 11-ci, Hatay klubu isə 33 xalla 16-cı sıradadır.
Türkiyə Superliqası. 32-ci tur
"Adana Dəmirspor" - "Qaziantepspor" 0:0
"Hatayspor - "İstanbulspor" 0:3