İsveçlilərin Azərbaycanla Millətlər Liqası matçı üçün heyəti açıqlandı

İsveçlilərin Azərbaycanla Millətlər Liqası matçı üçün heyəti açıqlandı

UEFA Millətlər Liqasının qrup mərhələsində Azərbaycan millisinə rəqib olacaq İsveç yığmasının ilk iki tur matçı üçün heyəti açıqlanıb.

Mediasport.az xəbər verir ki, yeni baş məşqçi Yon Dal Tomasson Azərbaycan və Estoniya seçmələrinə qarşı 24 futbolçuya dəvət göndərib.

Skandinavların C liqasının I qrupu çərçivəsində ilk qarşılaşması məhz sentyabrın 5-də Bakıda yığmamıza qarşı olacaq.

İsveç futbolçuları 3 gün sonra Solnada Estoniyanı qəbul edəcəklər.

Qapıçılar: Viktor Yohansson, Kristoffer Nurdfeldt, Yakop Videll Settenrström;

Müdafiəçilər: Lüdviq Auqustinsson, Aleks Duqlas, Qabriel Qudmundsson, İsak Hen, Emil Kraft, Ken Sema, Karl Starfelt, Linus Vahlqren Eqnell;

Yarımmüdafiəçilər və hücumçular: Yasin Ayari, Lukas Berqvall, Yens Kayoste, Antoni Elanqa, Niklas Eliasson, Viktor Qyokeres, Aleksandr İsak, Deyan Kuluşevski, Uqo Larsson, Sebastian Nanasi, Qustaf Nilsson, Anton Satetros, Mattias Svanberq.