Fernandu Santuş Azərbaycan yığmasında milyonlar qazanacaq
İyunun 12-də AFFA ilə 3+1 illik müqavilə bağlayan Fernandu Santuşun ölkəmizdə alacağı maaş məlum olub.
Mediasport.az saytına verilən məlumata görə, portuqaliyalı mütəxəssis illik 2 milyon avro (təxminən 3.5 milyon manat) əmək haqqına razılaşıb.
Bu, təkcə 70 yaşlı mütəxəssisin müqavilə şərtləridir.
Santuşun bugünlərdə müəyyənləşəcək köməkçilərinin maaşları əlavə hesablanacaq.
Maraq üçün deyək ki, Gürcüstan millisini hazırda Almaniyada davam edən Avropa çempionatına çıxaran fransalı Villi Sanyolun illik maaşı 200 min avro, Türkiyə yığmasının italyan baş məşqçisi Vinçenso Montellanın əmək haqqı isə 1.2 milyon avrodur.