Cəlalın komandası Bolqarıstanda mövsümə məğlubiyyətlə başladı
Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynovun formasını geyindiyi "Arda" Bolqarıstan çempionatında ilk tur oyununa çıxıb.
Mediasport.az xəbər verir ki, 21 yaşlı müdafiəçinin komandası Plovdivdə "Lokomotiv"in qonağı olub.
Görüş meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
Cəlal 82 dəqiqə meydanda qalıb.