Yığmamızın Millətlər Liqasındakı rəqibi "Baltik Kuboku"a qatılacaq
UEFA Millətlər Liqasının növbəti mövsümündə Azərbaycan millisi ilə eyni qrupda mübarizə aparacaq Estoniya yığması mini-turnirdə iştirak edəcək.
Mediasport.az xəbər verir ki, Tomas Heberlinin baş məşqçisi olduğu komanda "Baltik Kuboku"nda gücünü sınayacaq.
İyunun 8-də baş tutacaq ilk matçda estonların rəqibi Farer adaları yığması olacaq.
Turnirdə Litva və Latviya milliləri də mübarizə aparacaqlar.
Qeyd edək ki, seçməmiz Millətlər Liqasının qrupu çərçivəsində Estoniya ilə oktyabrın 11-də səfərdə, noyabrın 16-da Bakıda qarşılaşacaq.