“Kocaelispor” Ramil Şeydayevi Rusiya vətəndaşı kimi sifariş edib
Türkiyənin “Kocaelispor” klubunun yeni transfer Ramil Şeydayevin qeydiyyatı ilə bağlı TFF-ə müraciəti cavablanıb.
Mediasport.az xəbər verir ki, federasiya Azərbaycan millisinin futbolçusunu klubun üzvü kimi qeydiyyata alıb.
28 yaşlı hücumçu 2025-ci il iyunun 30-na qədər “Kocaelispor”un oyunçusu kimi qeydiyyata salınıb və bu o deməkdir ki, yığmamızın üzvü yeni klubunun heyətində rəsmi oyunlarda iştirak edə bilər.
Sadəcə, maraqlıdır ki, Kocaeli təmsilçisi Şeydayevi Rusiya vətəndaşı kimi sifariş edib.
Qeyd edək ki, “Kocaelispor” 1-ci Liqanın 19-cu turu çərçivəsində sabah Arda Turanın baş məşqçisi olduğu “Eyüpspor”la qarşılaşacaq.
Şeydayev "Kocaelispor"la 1,5 illik müqavilə imzalayıb.