Mahirin qolu mövsümün ilk yarısının ən yaxşısı seçildi - VİDEO
Karyerasını Almaniyanın 2-ci Bundesliqa təmsilçisi "Nürnberq"də davam etdirən Azərbaycan yığma komandasının futbolçusu Mahir Emrelinin liqanın 9-cu turunda "Qröyter Fürt"ə vurduğu qol 2024/2025-ci illər mövsümünün ilk yarısının ən yaxşısı seçilib.
Mediasport.az xəbər verir ki, 27 yaşlı hücumçu klub tərəfindən seçilmiş "10-luq"da qalib olub.
Emrelinin 11-ci turda "Hamburq"un qapısına vurduğu qol isə sıralamada 9-ci yeri tutub.
Xatırladaq ki, forvard 2-ci Bundesliqada 4 dəfə fərqlənib.