Prezident və xanımı ekipaj üzvlərinin vida mərasimində

Prezident və xanımı ekipaj üzvlərinin vida mərasimində

Azərbaycan Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva təyyarə qəzasında həlak olan ekipaj üzvlərinin vida mərasiminə əklillər göndərib.

Mediasport.az xəbər verir ki, dövlət başçısı və xanımı daha sonra ekipaj üzvlərinin Heydər Əliyev Beynəlxalq Aeroportunda keçirilən vida mərasimində iştirak edib.

Prezident xə Birinci vitse-prezident onların ailə üzvlərinə və yaxınlarına başsağlığı verib.

Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsindəki 67 nəfərdən 38-i həlak olub, 29-u sağ qalıb.