Leo Messi şərab alverinə başladı - İçkinin qiyməti 60 avrodan bahadır
Argentina millisinin və “İnter Mayami”nin futbolçusu Lionel Messi yaşıl biznes fəaliyyətini genişləndirir.
Mediasport.az xəbər verir ki, dünya çempionu bu dəfə şəxsi şərab brendini təqdim edib.
Premium səviyyəli içki “ММ Winemaker” şərab şirkəti ilə birgə hazırlanıb.
İki növdə hazırlanan şərabın etiketlərində Messinin şəkli təsvir olunub. Bir şüşə şərabın qiyməti 60,32 avrodur.
Xatırladaq ki, 37 yaşlı superulduz bir müddət əvvəl şəxsi parfüm brendinin təqdimatını keçirmişdi.