"Şamaxı" 19 yaşlı futbolçu ilə 2,5 illik müqavilə bağladı - RƏSMİ
"Şamaxı" futbolçusu Edqar Adilxanovla müqavilə müddətini artırıb.
Mediasport.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi ilə yeni müqavilənin müddəti iki il yarımdır.
Qeyd edək ki, E.Adilxanov bu mövsüm Premyer Liqada 10 oyuna çıxıb, 2 qol vurub.