“Makkabi”nin cütün favoriti olduğu aydındır" - "Sabah"ın baş məşqçisi
“Mümkün rəqiblər arasında ən çətin olanı ilə qarşılaşacağıq”.
Mediasport.az xəbər verir ki, bunu “Sabah”ın baş məşqçisi Krunoslav Renduliç deyib.
Xorvatiyalı mütəxəssis Avropa Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin püşkünü dəyərləndirib.
Çalışdırıcı İsrailin “Makkabi” (Hayfa) klubunu favorit adlandırıb:
“Makkabi”nin bu cütün favoriti olduğu aydındır. Lakin bu o demək deyil ki, bizim şansımız yoxdur. İnanıram ki, biz özümüzü ən yaxşı tərəfdən göstərəcək və favorit rəqibimizi mübarizədən kənarlaşdırmaq üçün əlimizdən gələni edəcəyik”.
Qeyd edək ki, “Sabah”la “Makkabi” arasında ilk matç iyulun 25-də səfərdə, cavab oyununu isə avqustun 1-də Bakıda keçirəcək.