"Qarabağ"ın rəqibi "Qalatasaray"ın futbolçusunu transfer etdi - RƏSMİ
"Qarabağ"ın UEFA Avropa Liqasının əsas mərhələsindəki rəqibi "Olimpiakos" heyətini gücləndirib.
Mediasport.az xəbər verir ki, Pirey klubu "Qalatasaray"dan Serjio Oliveyranı transfer edib.
Portuqaliyalı yarımmüdafiəçi ilə 2026-cı ilin yayına qədər qüvvədə olan müqavilə imzalanıb.
Xatırladaq ki, "Olimpiakos" - "Qarabağ" matçı gələn ilin 30 yanvarında Yunanıstanda keçiriləcək.