Babək Quliyev Avropa Konfrans Liqası oyununa dəvət alıb
Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.
Mediasport.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunları çərçivəsində avqustun 15-də keçiriləcək “Şerif” (Moldova) - “Olimpiya” (Sloveniya) görüşünün hakim-inspektoru olacaq.
İtaliyalı baş hakim Mauritsio Marianinin idarə edəcəyi qarşılaşma Tiraspol şəhərində yerləşən “Şerif Arena”da baş tutacaq.