Manuel Noyerdən ŞOK etiraf: "Üzümdə dəri "xərçəng"i var"
Almaniya millisinin kapitanı Manuel Noyer ŞOK açıqlama ilə azarkeşlərini təəccübləndirib.
mediasport.az xəbər verir ki, "Bavariya"nın təcrübəli qolkiperi "Bild"ə müsahibəsində "xərçəng" xəstəliyinə yoluxduğunu deyib.
O, hətta 3 dəfə əməliyyat olunduğunu bildirib: "Üzümdə dəri xərçəngi var, artıq üç əməliyyat keçirmişəm. Biz davamlı olaraq çöldə məşq etdiyimiz, əyləndiyimiz və boş vaxtlarımızı təbiətdə keçirməyi sevdiyimiz üçün mütləq günəşdən qorunmalıyıq. Bunun üçün günəşdən qoruyucu vasitələrdən istifadə etməliyik".