Azərbaycanlı iş adamı Sadıqovun klubu Premyer Liqanı tərk etdi

Azərbaycanlı iş adamı Sadıqovun klubu Premyer Liqanı tərk etdi

Rusiya Premyer Liqasında 2022/2023-cü illər mövsümünün sonuncu - 30-cu turunun oyunları keçirilib.

mediasport.az xəbər verir ki, heyətində əslən Azərbaycandan olan Ayaz Quliyev və İlya Sadıqovun formasını geyindiyi "Ximki" səfərdə "Nijni Novqorod"la qarşılaşıb. Azərbaycanlı iş adamı Tufan Sadıqovun komandası 0:2 hesabı ilə məğlub olub.

İlya Sadıqov 61-ci dəqiqəyə qədər oynayıb, cəzalı Ayaz Quliyev isə matçı kənardan izləyib.

Yekun nəticədə 18 xal toplayan "Ximki" 16 komanda arasında turnir cədvəlinin 15-ci pilləsində qərarlaşıb və elitanı tərk edib.