Marius Vizer Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Marius Vizer Prezident İlham Əliyevə təbrik məktubu ünvanlayıb

Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.

mediasport.az xəbər verir ki, məktubda deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri, hörmətli cənab Prezident.

Doğum gününüz münasibətilə Sizə ən xoş arzularımı çatdırmaq istərdim. Eyni zamanda, Azərbaycanın qazandığı bütün uğurlar, o cümlədən idman sahəsində əldə etdiyi nailiyyətlər münasibətilə Sizi təbrik edirəm.

Sizə və ailənizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar diləyirəm".