DÇ-2023: Azərbaycan millisi 1/8 finala qrup lideri kimi yüksəlib

DÇ-2023: Azərbaycan millisi 1/8 finala qrup lideri kimi yüksəlib

Minifutbol üzrə Azərbaycan milli komandası bu axşam Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xeyma şəhərində keçirilən dünya çempionatının qrup mərhələsində son oyununa çıxıb.

Mediasport.az xəbər verir ki, ilk iki görüşdə maksimum nəticə göstərərək 1/8 finala vaxtından əvvəl çıxan Elşad Quliyevin komandası mübarizə apardığı G qrupunda Küveyt yığması ilə qarşılaşıb.

Son Avropa çempionuna mərhələni qrup lideri çıxmaq üçün heç-heçə də kifayət etsə də, yığma maksimum nəticə qazanıb.

Qeyd edək ki, futbolçularımız İraqa 2:0, Misirə isə 4:1 hesabları ilə qalib gəliblər.

Dünya çempionatı. Qrup mərhələsi. G qrupu. 3-cü tur

20:30 Azərbaycan - Küveyt 3:1

Qollar: Cəfər Cəfərov, 8, Mirmehdi Rzayev 37, Təmkin Xəlilzadə 45.