Mariya Stadnikin ailəsinə itki üz verib - Güləşçinin atası vəfat edib

Mariya Stadnikin ailəsinə itki üz verib - Güləşçinin atası vəfat edib

Azərbaycanın qadın güləşçisi, 4 qat Olimpiya mükafatçısı, 2-qat dünya və 10-qat Avropa çempionu Mariya Stadnikin ailəsinə itki üz verib.

Mediasport.az xəbər verir ki, idmançının atası Vasili Stadnik uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib.

Azərbaycan Güləş Federasiyası sosial şəbəkə hesablarında idmançıya, ailə üzvlərinə və yaxınlarına başsağlığı postu paylaşıb.