"Üç qızıl medal əla göstəricidir" - Milli komandamızın baş məşqçisi

"Üç qızıl medal əla göstəricidir" - Milli komandamızın baş məşqçisi

"İlk olaraq Azərbaycan Güləş Federasiyanın prezidenti Mikayıl Cabbarova təşəkkürümü bildirirəm. O, hər zaman bizə dəstək olur".

Mediasport.az xəbər verir ki, bu sözləri Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən dünya çempionatında qızıl medal qazanan yunan-Roma güləşi üzrə Azərbaycan millisinin baş məşqçisi Aleksandr Tarakanov jurnalistlərə açıqlamasında deyib.

Rusiyalı mütəxəssis nəticəyə görə xoşbəxt olduğunu bildirib:

"Üç qızıl medal və bir beşinci yer. Əla göstəricidir. Hazırlıqlar yüksək plan üzrə gedirdi. Birgə iş sayəsində bunu bacardıq. Güləşçilərimizlə fəxr edirəm. Bundan da yüksək nailiyyətlərə ümid edirdik, amma idman həmişə bir sınaqdır. İndi güclü komanda hazırlayırıq və maksimum rəqabət yaratmaq üçün olimpiya çəkilərini hədəfləyirik. Azərbaycan güləşçiləri artıq beynəlxalq arenada yüksək nəticələr əldə edirlər. Əminəm ki, Los-Ancelesdə də parlaq qələbələr əldə edəcəyik".

Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatında 85 xal toplamaqla komanda hesabında birinci olub.

Yığmamızın heyətində Eldəniz Əzizli (55 kiloqram), Nihat Məmmədli (63 kiloqram) və Ülvü Qənizadə (72 kiloqram) dünya çempionu olublar.