Güləşçilərimizdən "Çempionlar" turnirinin ilk günündə 3 medal

Güləşçilərimizdən "Çempionlar" turnirinin ilk günündə 3 medal

Türkiyənin Antalya şəhərində güləş üzrə "Çempionlar" turnirinə start verilib.

Mediasport.az xəbər verir ki, Azərbaycan idmançıları ilk yarış günündə 3 medal qazanıblar.

Ruzanna Məmmədova ilk dəfə çıxış etdiyi 62 kq-da bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Elvina Kərimzadə (50 kq) üçüncü yeri tutub.

Sərbəst güləşdə isə Ramik Heybətov (70 kq) bürünc medal əldə edib.