Dünya çempionatını Azərbaycanda "İctimai" TV canlı yayımlayacaq
Sentyabrın 16-da Serbiyada güləş üzrə dünya çempionatı start götürəcək.
Mediasport.az saytına verilən məlumata görə, Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan mundialı ölkəmizdə "İctimai" televiziya canlı yayımlayacaq.
Birincilik sentyabrın 24-dək təşkil ediləcək.
Sərbəst güləş yarışlarında Azərbaycan 10 idmançı ilə təmsil olunacaq - Əliabbas Rzazadə (57 kiloqram), İntiqam Vəlizadə (61 kiloqram), Hacı Əliyev (65 kiloqram), Maqomedbəşir Xanıyev (70 kiloqram), Turan Bayramov (74 kiloqram), Orxan Abasov (79 kiloqram), Abubakr Abakarov (86 kiloqram), Osman Nurmaqomedov (92 kiloqram), Maqomedxan Maqomedov (97 kiloqram) və Georgi Meşvildişvili (125 kiloqram) mübarizə aparacaq.
Yunan-Roma və qadın güləşində isə iki növ üzrə ümumilikdə 16 idmançımız mübarizə aparacaq.
Kişilərin mübarizəsində Eldəniz Əzizli (55 kiloqram), Nihad Məmmədli (60 kiloqram), Murad Məmmədov (63 kiloqram), Həsrət Cəfərov (67 kiloqram), Ülvü Qənizadə (72 kiloqram), Sənan Süleymanov (77 kiloqram), Rafiq Hüseynov (82 kiloqram), İslam Abbasov (87 kiloqram), Arif Niftullayev (97 kiloqram) və Beka Kandelaki (130 kiloqram) qüvvəsini sınayacaq.
Qadınların yarışında isə Mariya Stadnik (50 kiloqram), Elnurə Məmmədova (53 kiloqram), Jalə Əliyeva (57 kiloqram), Alyona Kolesnik (59 kiloqram), Elis Manolova (62 kiloqram) və Birgül Soltanova (65 kiloqram) medal qazanmağa çalışacaq.
Qeyd edək ki, DÇ-də olimpiada üçün hər çəki dərəcəsi üzrə 5 lisenziya veriləcək.