Əvvəl yeniyetmələr, sonra gənclər, yekunda isə böyüklər...

Əvvəl yeniyetmələr, sonra gənclər, yekunda isə böyüklər...

Taekvando üzrə Azərbaycan birincilikləri və çempionatı keçiriləcək.

Mediasport.az xəbər verir ki, 5 gün davam edəcək yarışa dekabrın 24-də start veriləcək.

Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunacaq və Bakı İdman Sarayında keçiriləcək çempionatda öncə yeniyetmələr mübarizə aparacaqlar.

26-27 dekabrda isə gənclər arasında ölkənin ən güclü taekvandoçularının adları müəyyənləşəcək.

Dekabrın 28-də böyüklər və parataekvondoçular arasında Azərbaycan çempionatı baş tutacaq.

Qeyd edək ki, yeniyetmələr yeni qaydalara uyğun olaraq, çəki ilə deyil, boylarının ölçülərinə (148 sm-dən 180 sm-dək) uyğun yarışacaqlar. 

Gənclər 20 çəki dərəcəsində (oğlanlar - 45, 48, 51, 55, 59, 63, 68, 73, 78, +78 kq; qızlar - 42, 44, 46, 49, 52, 55, 59, 63, 68, +68 kq), böyüklər isə 16 çəkidə (kişilər - 54, 58, 63, 68, 74, 80, 87, +87 kq; qadınlar - 46, 49, 53, 57, 62, 67, 73, +73 kq) mübarizə aparacaqlar.