Azərbaycan parataekvondoçusu ikinci dəfə Avropa çempionu olub

Azərbaycan parataekvondoçusu ikinci dəfə Avropa çempionu olub

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov (70 kq) növbəti dəfə Avropa çempionu olub.

Mediasport.az xəbər verir ki, idmançımız bu dəfə Serbiyada keçirilən qitə birinciliyində fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Xəlilov final görüşündə türkiyəli rəqibini məğlub edib.

Qeyd edək ki, İ.Xəlilov ötən il Niderlandın Rotterdam şəhərində keçirilmiş AÇ-də də qızıl medal qazanıb.