YEKUN: 8 taekvondoçudan yalnız 2-si medal qazana bildi - Avropa Oyunları
Azərbaycan taekvondoçuları Polşada keçirilən III Avropa Oyunlarında çıxışlarını yekunlaşdırıblar.
MediaSport.az xəbər verir ki, Polşada Qaşım Maqomedov, Cavad Ağayev, Eltac Qafarov, Taleh Süleymanov, Səyyad Dadaşov, Minayə Əkbərova, Patimat Abakarova və Fəridə Əzizova ilə təmsil olunan ölkəmizin aktivinə yalnız 2 medal yazılıb.
7-ci yarış günündə 87 kq çəkidə mübarizə aparan Taleh Süleymanov 1/8 finalda almaniyalı Aleksander Baxmana uduzub.
Beləliklə, idmançılarımızdan yalnız Səyyad Dadaşov (54 kq) gümüş, Qaşım Maqomedov (58 kq) isə bürünc mükafatı təmin edib.