Yığma komandalarımızın Cənubi Koreya hazırlığı başlayıb
Kişi və qadın takevondoçulardan ibarət Azərbaycan milli komandaları Cənubi Koreyada təlim-məşq toplanışına start veriblər.
Mediasport.az xəbər verir ki, hazırlıq Seul şəhərindəki Milli İdman Universitetində keçirilir.
Kişilərdən ibarət millinin baş məşqçisi Məmməd Abdullayevlə məşqçi Rəşad Abdullayevin başçılığı altında toplanışda Səyyad Dadaşov, Qaşım Maqomedov, Cavab Ağayev, Eltac Qafarov, Hamidreza Badrialiabadi və Milad Beiqi Harçeqani iştirak edirlər.
Qadınlardan ibarət yığma baş məşqçi Sun Mi Parkın rəhbərliyi altında hazırlıq keçir. O, məşqlərə Zemfira Həsənzadə, Məryəm Məmmədova, Minayə Əkbərova, Səmmərux Osmanova, Səidə Əliyeva və Fatimə Məcidovanı cəlb edib.
Xatırladaq ki, yanvarın 27-dək davam edəcək toplanış olimpiya lisenziya turnirlərinə hazırlıq xarakteri daşıyır.