"Yuventus"a növbəti zərbə: Turin klubundan daha 10 xal silindi!
İtaliya futbolunun nəhəngi "Yuventus" növbəti dəfə ciddi cəzaya məruz qalıb.
mediasport.az xəbər verir ki, mövsümün ortasında aktivindən 15 xalı silinən Turin klubu bu dəfə də 10 xaldan məhrum edilib.
Federal məhkəmənin yekun qərarına əsasən, "byankonerilər" yenidən maliyyə maxinasiyalarına görə cəzalandırılıb.
Hazırda 59 xalla 7-ci pillədə qərarlaşan komanda bu dəqiqələrdə davam edən "Empoli" ilə oyun da daxil, mövsümün sonuna qalan 2 matçda qalib gəlsə və rəqibləri xat itirsələr, ÇL-də iştirakı təmin edən vəsiqəni qazana bilər. Əks-halda yalnız Konfrans Liqasına düşmək üçün oynayacaqlar.
Qeyd edək ki, itirilən 25 xalı nəzərə alsaq, "Yuventus" hazırda çempionlq yolunda "Napoli" ilə başabaş mübarizə aparacaqdı.