Avtoqəzaya düşən PFL rəsmilərinin durumu ilə bağlı açıqlama
Peşəkar Futbol Liqasının (PFL) rəsmiləri bu gün yol qəzası keçiriblər.
Mediasport.az xəbər verir ki, "Liv Bona Dea Hospital"ın baş həkimi Cabir Gülmalıyev jurnalistlərə açıqlamasında PFL-in prezidenti Elxan Səmədovun və vitse-prezident Aslan Şahgəldiyevin tibbi vəziyyətinin kritik olduğunu açıqlayıb:
"Elxan Səmədov sağ baldırın üçdə birində yerdəyişmiş qəlpəli açıq sınıq, Aslan Şahgəldiyev fəqərə sınığı, Sənan Abdullayev hər iki ayaq pəncəsinin əzilməsi, Rasim Qafarlı sağ diz oynağının əzilməsi, Elgiz Abbasov sağ diz nahiyəsinin əzilməsi və sınığı, Zaur Hacı-Məhərrəmov isə burun nahiyəsində küt travma diaqnozu ilə xəstəxanamıza yerləşdirilib".
Gülmalıyev digər xəstələrin - PFL əməkdaşlarının vəziyyətlərinin sabit olduğunu deyib.