Məşhur futbolçu mükafatlandırma mərasiminə mini ətək geyinib
Portuqaliya yığması və "Milan"ın hücumçusu Rafael Leau İtaliyada keçirilən ənənəvi "Gran Gala del Calcio 2023"ün mükafatlandırılma mərasiminə qeyri-adi geyim tərzində qatılıb.
Mediasport.az xəbər verir ki, 24 yaşlı futbolçu tədbirə şalvarın üstündən mini ətək geyinib.
Leau ilin rəmzi komandasılnda yer alıb. Ötən mövsümün ən yaxşı futbolçusu isə çempion “Napoli”nin hücumçusu Viktor Osimhen seçilib.
Rafael 2022/2023-cü illər mövsümündə İtaliyada 35 oyuna çıxıb, 15 qol vurub.