Fransa səfiri Emin Mahmudovla Mbappenin qollarını müqayisə edib

Fransa səfiri Emin Mahmudovla Mbappenin qollarını müqayisə edib

Fransanın Azərbaycandakı səfiri Anna Buayon futbol üzrə Azərbaycan milli komandasının üzvü Emin Mahmudovla Fransa yığmasının futbolçusu Kilian Mbappenin AVRO-2024-ün seçmə mərhələsinin 9-cu turunda vurduğu gözəl qolları müqayisə edib.

Mediasport.az xəbər verir ki, diplomat AVRO-2024-ün sosial şəbəkə səhifəsində “Ən yaxşı qol” səsverməsinə münasibət bildirərkən yazıb.

“Seçmək çətindir! Mahmudovun qolu Mbappenin qoluna çox bənzəyir!” – səfir vurğulayıb.

Qeyd edək ki, “Neftçi”nin yarımmüdafiəçisi Emin Mahmudov FİFA reytinqində 23-cü pillədəki İsveçə, PSJ-nin hücumçusu Kilian Mbappe 198-ci yerdə qərarlaşan Cəbəllütariqə qol vurub. Hər iki oyunçu mərkəzdən dəqiq zərbə ilə fərqlənib.