Millət Vəkili assosiasiya prezidenti, Məmmədli isə baş katib olub

Millət Vəkili assosiasiya prezidenti, Məmmədli isə baş katib olub

Azərbaycan Autizm Assosiasiyasının İdarə heyəti üzvlərinin iştirakı ilə toplantı keçirilib.

Mediasport.az xəbər verir ki, toplantıda gündəlikdə duran bir sıra məsələlər müzakirə olunub.

Assosiasiyanın sədri Elnur Məmmədli il ərzində görülən işlər barədə məlumat verib. Assosiasiyanın prezidenti və baş katibi vəzifəsinə seçkilər keçirilib.

Millət vəkili Jalə Əhmədova Azərbaycan Autizm Assosiasiyasının prezidenti, Turxan Mahmudov Assosiasiyanın fəxri prezidenti, Elnur Məmmədli isə Assosiasiyanın baş katibi seçilib.

Qarşıda dayanan digər məsələlər müzakirə edilib, bəzi qərarlar qəbul olunub.