Xanımlarımızdan AÇ-də uğurlu nəticə, azı 3 "bürünc"ü təmin etdilər
İtaliyanın Montesilvano şəhərində yeniyetmə oğlan və qız boksçuların Avropa çempionatında 1/4 final döyüşlərinə start verilib. MediaSport.az xəbər verir ki, bu mərhələnin ilk günündə Azərbaycan millisinin 3 üzvü çıxışını qələbə ilə başa vuraraq azı bürünc medalı təmin edib.
Nərmin Əlizadə hər 3 raundda üstün olduğu erməni Mahur Marikyanı məğlub edərək yarımfinalda polşalı Silva Formela ilə qarşılaşmaq imkanı qazanıb.
Digər yarımfinalçı Aynur Mikayılova ingiltərəli Katerin Pumfri, Emili Rzayeva isə Gül Yılmazla final uğrunda döyüşəcək. İdmançılarımız rinqə oktyabrın 2-də çıxacaqlar.
Milli üzvlərindən Qızbəs İsgəndər və Aysu İsmayılova mübarizəni 1/4 finalda dayandırıb. Bu gün Avropa çempionatında 1/4 final mərhələsində Azərbaycan yığmasının daha 4 boksçusu döyüşə atılacaq.