Bu axşam "Dördlər finalı"na start veriləcək - UEFA Millətlər Liqası

Bu axşam "Dördlər finalı"na start veriləcək - UEFA Millətlər Liqası

Bu gün futbol üzrə UEFA Millətlər Liqasında "Dördlər finalı"na start veriləcək.

mediasport.az xəbər verir ki, ilk finalçı Niderland və Xorvatiya millilərinin duelində müəyyənləşəcək.

Digər yarımfinal qarşılaşması sabah İspaniya ilə İtaliya yığmaları arasında oynanılacaq.

"Dördlər finalı"nda final iyunun 18-də keçiriləcək.


UEFA Millətlər Liqası. "Dördlər finalı". Yarımfinal


22:45. Niderland - Xorvatiya

Baş hakim: İştvan Kovaç (Rumıniya)

Niderland, Rotterdam. "Feyenoord Stadionu"