İngiltərə millisi evdə uduzdu, Marandiçili Moldova 3 xala sevindi
UEFA Millətlər Liqasının qrup mərhələsində 3-cü tura start verilib.
Mediasport.az xəbər verir ki, ilk oyun günündə 10 qarşılaşma keçirilib.
"Araz-Naxçıvan"ın qapıçısı Kristian Avram və "Turan Tovuz"un müdafiəçisi Denis Marandiçinin formasını geyindiyi Moldova millisi Andorra üzərində qələbə qazanıb. Avram matçı kənardan izləyib, Marandiçi isə 58-ci dəqiqədə oyuna daxil olub.
Günün ən maraqla gözlənilən görüşü Romada baş tutub. Paytaxtda 4 qol vurulsa da, qalib müəyyənləşməyib.
AVRO-2024-ün gümüş mükafatçısı İngiltərə gözlənilmədən Yunanıstana məğlub olub.
UEFA Millətlər Liqası. 3-cü tur
A Liqası. 2-ci qrup
İtaliya - Belçika 2:2
İsrail - Fransa 1:4
Xal durumu: İtaliya - 7 xal, Fransa - 6 xal, Belçika - 4 xal, İsrail - 0 xal
B Liqası. 2-ci qrup
Finlandiya - İrlandiya 1:2
İngiltərə - Yunanıstan 1:2
Xal durumu: Yunanıstan - 9 xal, İngiltərə - 6 xal, İrlandiya - 3 xal, Finlandiya - 0 xal
B Liqası. 3-cü qrup
Norveç - Sloveniya 3:0
Avstriya - Qazaxıstan 4:0
Xal durumu: Norveç - 4 xal, Avstriya - 4 xal, Sloveniya - 4 xal, Qazaxıstan - 1 xal
C Liqası. 4-cü qrup
Latviya - Şimali Makedoniya 0:3
Farer adaları - Ermənistan 2:2
Xal durumu: Şimali Makedoniya - 7 xal, Ermənistan - 4 xal, Latviya - 3 xal, Farer adaları - 2 xal
D Liqası. 1-ci qrup
Cəbəllütariq - San Marino 1:0
Xal durumu: Cəbəllütariq - 4 xal, San Marino - 3 xal, Lixtenşteyn - 1 xal
D Liqası. 2-ci qrup
Moldova - Andorra 2:0
Xal durumu: Moldova - 6 xal, Malta - 3 xal, Andorra - 0 xal