Millimiz Dünya çempionatında Bolqarıstan və Nigeriyaya qarşı

Millimiz Dünya çempionatında Bolqarıstan və Nigeriyaya qarşı

Kişi həndbolçulardan ibarət milli komandamız aprelin 25-30-da Bolqarıstanın Varna şəhərində inkişaf etməkdə olan ölkələr arasında Dünya çempionatında çıxış edəcək.

mediasport.az xəbər verir ki, yığmamız "D" qrupunda meydan sahibi və Nigeriya həndbolçuları ilə qarşılaşacaq.

Komandamız ilk görüşünü bolqarlara qarşı keçirəcək. Yalnız qrup qalibləri yarımfinala vəsiqə qazanacaqlar.


Qupların tərkibi belədir:

A qrupu: Malta, Hindistan, Andorra.

B qrupu: Kipr, Moldova, Avstraliya.

C qrupu: Böyük Britaniya, Kuba, Qvatemala.

D qrupu: Azərbaycan, Bolqarıstan, Nigeriya.