Mingəçevirdə ilk oyunu İtaliya klubu qazanıb - Avropa Kuboku

Mingəçevirdə ilk oyunu İtaliya klubu qazanıb - Avropa Kuboku

Qadın həndbolçulardan ibarət "Kür" komandası Avropa Kubokunda mübarizəyə Mingəçevirdə start verib.

Mediasport.az  xəbər verir ki, təmsilçimizin 1/32 finalda rəqibi İtaliyanın "Jomi Salerno" kollektivi olub.

"Kür" Olimpiya Tədris-İdman Mərkəzində reallaşan ilk görüş italyanların 29:19 hesablı qələbəsilə başa çatıb.

Tərəflər arasında cavab matçı sabah eyni məkanda keçiriləcək.