Çempion “Qarabağ”dan üstün oldu

Çempion “Qarabağ”dan üstün oldu

Həftəsonu qadın həndbolçuların Azərbaycan çempionatında növbəti oyunları keçirilib.

mediasport.az xəbər verir ki, üçüncü turun ilk matçında son çempion “Azəryol” və “Qarabağ” qarşılaşıb.

Gərgin mübarizə ilə yadda qalan görüşün ilk hissəsində 6 top fərqi il önə keçən “Azəryol” fasilədən sonra da təşəbbüsü əldən verməyərək 33:30 hesablı qələbə qazanıb.

“U-16” – “İdman Akademiyası” kollektivlərinin görüşündə nominal qonaqlar inamlı oyun sərgiləyiblər. İlk hissəni 27:14 hesabı ilə irəlidə başa vuran “tələbələr”dən ibarət komanda qalan vaxtda üstünlüyü daha da artırıb – 47:21.