"Kəpəz"dən ayrılıb "Turan Tovuz"la anlaşdı - Daha yüksək maaş alacaq

"Kəpəz"dən ayrılıb "Turan Tovuz"la anlaşdı - Daha yüksək maaş alacaq

"Kəpəz"in futbolçusu Orxan Əliyev Gəncə klubundan ayrılıb.

Mediasport.az xəbər verir ki, 30 yaşlı hücumçu karyerasını "Turan Tovuz"da davam etdirəcək.

Qərblilər müqaviləyə təzminat şərti ilə xitam verməyə razılaşıblar. Forvardın əzəli rəqiblə "6 ay+1 illik" müqavilə bağlayacağı deyilir.

Məlumata görə, Tovuz təmsilçisi keçid üçün gəncəlilərə kompensasiya ödəyəcək.

Cari mövsüm Premyer Liqada 4 qol vurmuş Əliyev "Turan Tovuz"da daha yüksək əmək haqqı alacaq.