Azərbaycan milli komandasının baş məşqçisi Rusiyaya yollandı

Azərbaycan milli komandasının baş məşqçisi Rusiyaya yollandı

Futzal üzrə Azərbaycan milli komandasının baş məşqçisi Vitali Borisov Rusiyaya yollanıb.

Mediasport.az xəbər verir ki, millimizin çalışdırıcısı burada Yüksək Liqada çıxış edən MFK futzal klubunun məşq prosesində iştirak edib.

O, ikiqat ölkə çempionlarının məşqini izləyib, həmçinin komandanın və futzal üzrə Rusiya milli komandasının məşqçisi Besik Zoidze ilə görüşüb.

Qeyd edək ki, Rusiya klubunun idman direktoru vaxtı ilə “Araz-Naxçıvan” futzal klubunda işləmiş Arkadiy Belıydır.