Diniyev 90 dəqiqə oynadı, komandası evdə məğlub oldu
Futbol üzrə Türkiyə 1-ci Liqasında 18-ci turun oyunları keçirilir.
Mediasport.az xəbər verir ki, Azərbaycan milli komandasının yarımmüdafiəçisi Coşqun Diniyevin formasını geyindiyi "Bandırmaspor" "Manisa"nı qəbul edib.
Diniyevin 90 dəqiqə meydanda olduğu matç qonaqların qələbəsi ilə yekunlaşıb - 3:2.
18 turdan sonra aktivində 33 xal olan Bandırma təmsilçisi turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.