Atıcımız Koreyada keçirilən dünya çempionatında qızıl medal qazandı
Azərbaycan atıcısı Xanna Əliyeva Koreyanın Çanqon şəhərində keçirilən gənclər arasında dünya çempionatının qalibi olub.
Federasiyadan MediaSport.az saytına verilən məlumata görə, idmançımız 50 m məsafəyə tapançadan atəş açmada bütün rəqiblərini geridə qoyub.
Əliyeva 520 xal toplayaraq qızıl medal qazanıb.
Eyni növdə çıxış edən Leyla Əliyeva isə bürünc medal əldə edib. O, 510 xal toplaya bilib.