Rəşad Sadıqovun etimadını qazana bilməyən legioner yola salındı
“Zirə”də qış fasiləsində ilk ayrılıq reallaşıb.
Mediasport.az xəbər verir ki, qəsəbə təmsilçisi Abbas İbrahimlə yollarını ayırıb.
Yarımmüdafiəçiylə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
27 yaşlı nigeriyalı "qartallar"a 2023-cü ilin fevralında keçmişdi. Klubla müqaviləsi bu ilin iyununda başa çatacaqdı.