Milli oyunçularımız üçün ev sınağı

Milli oyunçularımız üçün ev sınağı

Legioner həyatı yaşayan azərbaycanlı futbolçulardan bir neçəsi bu gün növbəti oyunlarına çıxacaqlar.

Mediasport.az xəbər verir ki, Türkiyə 1-ci Liqasında top qovan Renat Dadaşov ("Ankaragücü") və Vüsal İsgəndərlinin ("Boluspor") komandaları müvafiq olaraq, "Ümraniyəspor" və "Erokspor"la qarşılaşacaqlar.

Bolqarıstan çempionatında ölkəmizi təmsil edən Cəlal Hüseynovun komandası "Arda" evdə ÇSKA-nı (Sofiya) qəbul edəcək.

Bolqarıstan Parva Liqası. 6-cı tur

20:00 "Arda" - ÇSKA (Sofiya)

Türkiyə 1-ci Liqası. 3-cü tur

22:45 "Boluspor" - "Erokspor"

22:45 "Ankaragücü" - "Ümraniyəspor"