Millimiz DÇ öncəsi yoldaşlıq oyununda Çexiyaya məğlub olub

Millimiz DÇ öncəsi yoldaşlıq oyununda Çexiyaya məğlub olub

Birləşmiş Ərəb Əmirliklərinin Ras Əl-Xayma şəhərində təşkil olunacaq dünya çempionatında iştirak edəcək minifutbol üzrə Azərbaycan millisi yoldaşlıq oyunu keçirib.

Mediasport.az xəbər verir ki, Elşad Quliyevin baş məşqçisi olduğu kollektiv Çexiya ilə üz-üzə gəlib.

Qarşılaşma rəqibin 4:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Qeyd edək ki, dünya çempionatına bu gün start verilib.

G qrupunda yer alan Azərbaycan millisi sabah İraq, oktyabrın 29-da Misir, 31-də isə Küveytlə qarşılaşacaq.